Bakı 23˚C Intermittent clouds

İspaniya XİN: “NATO təhlükəsizliyinə ciddi təhdidlər şərq cinahdan gəlir”

Gündəm 19:22 26 iyn, 2022

NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammiti Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda keçiriləcək

İspaniya XİN: “NATO təhlükəsizliyinə ciddi təhdidlər şərq cinahdan gəlir”

“Hazırda NATO-nun və Pireney yarımadası dövlətlərinin təhlükəsizliyinə ən ciddi təhdidlər alyansın şərq cinahından gəlir”.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

XİN rəhbəri xatırladıb ki, NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammiti Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda keçiriləcək:

“İspaniya etiraf edir ki, hazırda NATO-nun, buna görə də ispanların təhlükəsizliyinə ən böyük təhdidlər şərq cinahdan gəlir. Amma cənub cinahdan da təhdidlər var ki, qalan müttəfiqlər bunu bilirlər”.