İspaniyada bütöv bir kənd satışa çıxarılıb
Xəbərlər
21:08 12 noy, 2022
İspaniyada bütöv bir kənd 260.000 (456.430 AZN) avroya satışa çıxarılıb.
Qazet.az xəbər verir ki, Salto de Kastro paytaxt Madriddən üç saatlıq məsafədə yerləşir.
Kənddə 44 ev, mehmanxana, məktəb, bələdiyyə hovuzu və hətta hərbi kazarma da var. Lakin bunların hamısı sahibsiz qalıb. Belə ki, 30 il əvvəl yerli sakinlər buranı tərk edəndən sonra, Salto de Kastroda daimi yaşayan olmayıb.
Bundan əvvəl kəndi 6,5 milyon avroya satmaq cəhdi uğursuz olub. Lakin hazırkı elanın maraqla qarşılandığı deyilir.
Son illər başqa yerlərdə olduğu kimi, İspaniyada da daşınmaz əmlak bazarında qiymətlər artmaqda idi.
Hazırda 260.000 min avroya Madrid və ya Barselonada yalnız bir otaqlı mənzil almaq olar.