Bakı 14˚C Sunny

İspaniyada qatar relsdən çıxdı - Xəsarət alanlar var

Hadisə 21:21 11 yan, 2023
İspaniyada qatar relsdən çıxdı - Xəsarət alanlar var

İspaniyada qatarın relsdən çıxması nəticəsində 15 nəfər xəsarət alıb.

Qazet.az xəbər verir ki, bu barədə “Cope” radiostansiyası məlumat yayıb.

Hadisə Kantabriya muxtar icmasının Renedo stansiyasının yaxınlığında baş verib.

Qatarda ümumilikdə 40 sərnişin olub.

Qəzanın digər qatarların hərəkətinə təsir göstərmədiyi qeyd edilir.