İspaniyada terrorizmin təbliği ilə məşğul olan 11 nəfər həbs edilib
Gündəm
19:45 06 okt, 2022
İspaniya milli polisi terrorizmin təbliğatında və digər cinayətlərdə iştirakda şübhəli bilinən 11 nəfəri saxlayıb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
Həbslər Melilla şəhərində və Qranadada həyata keçirilib.
Şübhəli şəxslərin İŞİD terror qruplaşmasının ideyalarını təbliğ etdikləri güman olunur.