Bakı 15˚C Sunny

İspaniyalı futbolçunu elektrik cərəyanı vuraraq öldürüb - FOTO

İdman 20:30 24 okt, 2021

İspaniyalı keçmiş futbolçu Santyaqo Otero vəfat edib

İspaniyalı futbolçunu elektrik cərəyanı vuraraq öldürüb - FOTO

İspaniyalı keçmiş futbolçu Santyaqo Otero vəfat edib.

Qazet.az-ın "Report"a istinadən məlumatına görə, 38 yaşlı idmançı evindəki vannada ölü tapılıb.

O, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Oteronu mobil telefonun batareyasını doldurarkən cihaq suya düşüb və bu zaman onu elektrik cərəyanı vurub.

Qeyd edək ki, Santyaqo Otero "Real Ovyedo"nun gənclər komandasında və bir neçə yerli klubda çıxış edib.