İsrail əsgərləri fələstinli şəxsi öldürdü - Yaralılar var
Gündəm
14:08 13 dek, 2021
Hadisə zamanı başından güllə ilə vurulan 31 yaşlı fələstinli Cəmil Məhəmməd ölüb

İsrail əsgərləri səhər saatlarında Nablus şəhərinin Rəsuleyn bölgəsinə basqın edib.
Qazet.az xəbər verir ki, hadisə zamanı başından güllə ilə vurulan 31 yaşlı fələstinli Cəmil Məhəmməd Əl-Keyyal ölüb.
İsrail hərbi maşınının vurması nəticəsində isə 2 fələstinli gənc yaralanıb. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.