İsrail Hələbdə hava limanını vurdu
Xəbərlər
23:30 31 avq, 2022
![İsrail Hələbdə hava limanını vurdu](https://qazet.az/resized/fit900x500/center/pages/100189/nazvaniya-1-0.jpg)
İsrail Suriyanın şimalında ordunun nəzarətində olan Hələb vilayətinin şərqində yerləşən hava limanını raketlə vurub.
Qazet.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Hələb şəhər mərkəzinin şərqindəki hava limanına ciddi ziyan dəyib.
Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.