Bakı 11˚C Dreary

İsrail hökuməti Baş Qərargahın yeni rəhbərinin namizədliyini təsdiqləyib

Gündəm 18:49 23 okt, 2022
İsrail hökuməti Baş Qərargahın yeni rəhbərinin namizədliyini təsdiqləyib

İsrail hökuməti Baş Qərargahın yeni rəhbəri general-mayor Herzl Halevinin namizədliyini təsdiqləyib.

Qazet.az xəbər verir ki, bu barədə İsrailin "Ediot Ahronot" nəşri məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin 23-cü Baş Qərargah rəisi 2023-cü il yanvarın 17-də vəzifəsinin icrasına başlayacaq və o, vəzifəsini tərk edən general-leytenant Aviv Koçavini əvəz edəcək.

Halevi bundan əvvəl Baş Qərargahın Kəşfiyyat İdarəsinin Əməliyyat İdarəsinə rəhbərlik edib. Hazırda isə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.