Bakı 11˚C Mostly cloudy

İsrail ordusu Livanla sərhəddə təlimlər keçirəcək

Siyasət 19:06 04 sen, 2022
İsrail ordusu Livanla sərhəddə təlimlər keçirəcək

İsrail Müdafiə Qüvvələri Livanla sərhəd yaxınlığında üç günlük planlaşdırılmış təlimə başlayacaq.

“Qazet.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Hərbi təlimlər Livanın sərhəd bölgəsində başlayacaq və günortadan sonra başa çatacaq. Onlar İsrail ordusunun 2022-ci il üçün təlim proqramının bir hissəsi kimi əvvəlcədən planlaşdırılıb", - ordunun bəyanatında deyilir.

Təlimlər zamanı hərbçilərin artan hərəkət intensivliyi hiss olunacaq və ərazidə partlayışların əks-sədaları eşidiləcək.