Bakı 16˚C Partly sunny w/ showers

İsrail ordusu Qəzza zolağını vurdu

Gündəm 11:07 12 sen, 2021

Zərbələr HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturuna endirilib

İsrail ordusu Qəzza zolağını vurdu

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Qazet.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.

Bildirilir ki, zərbələr HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturuna endirilib.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmışdı. Raket "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulmuşdu.