Bakı 17˚C Partly sunny

İsrail qırıcıları Suriyanı bombaladı

Hadisə 01:31 03 yan, 2023
İsrail qırıcıları Suriyanı bombaladı

İsrail qırıcılarının idarəolunan raketlə Suriyanın paytaxtı Dəməşqdə aerodroma zərbələr endirməsi nəticəsində 6 suriyalı əsgər ölüb, 3-ü yaralanıb.

Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin köməkçisi general-mayor Oleq Yeqorov deyib.

O bildirib ki, F-16 qırıcıları Qolan təpələri istiqamətində, Suriya hava məkanına daxil olmadan Dyübali və Bley aerodromlarına zərbələr endirib.