Bakı 34˚C Sunny

İsrail səfiri: “Bərpa olunan energetika sahəsi ölklərimiz üçün yeni sahədir”

Siyasət 18:56 02 dek, 2021

İsrailin səfiri Azərbaycanla energetika sahəsində olan əməkdaşlıqdan danışıb

İsrail səfiri: “Bərpa olunan energetika sahəsi ölklərimiz üçün yeni sahədir”

“Bərpa olunan energetika sahəsi ölklərimiz üçün yeni sahədir”. 

Qazet.az xəbər verir ki, bunu İsrailin səfiri Corc Dik mətbuat konfransında jurnalistlərə açıqlamasında söyləyib.

“Azərbaycan bu yolda böyük addımlar atır. İsrail çox isti və günəşli ölkədir, ona görə günəş və külək enerjisindən istifadə olunur. Biz bu sahə barədə Azərbaycanla münasibətlər qurmağa çalışırıq. Bununla bağlı Energetika Nazirliyilə danışıq aparılır. Həm Bakı, həm Qarabağ üçün bu layihlərin tenderləri elan olunacaq”, - deyə İsrail səfiri qeyd edib.