İsrail səfiri erməni terroru qurbanlarını yad etdi - FOTO
O bu barədə özünün şəxsi tvitter hesabında məlumat yayıb
İsrailin Azərbaycandakı səfiri Corc Dik 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Gəncədə törətdiyi terror hadisələrində həyatını itirən qurbanları yad edib.
Qazet.az xəbər verir ki, o bu barədə özünün şəxsi tvitter hesabında məlumat yayıb.
O bildirib ki, keçən il o hadisə qurbanlarını yad etmək üçün Gəncəyə yollanmışdı. Dünən isə keçən il kimi yenə bu il də ziyarətini təkrar edərək onların əziz xatirəsi qarşısında baş əyib.
“2020-ci ilin noyabrında mən ilk dəfə Gəncədə oldum. Bu, mülki əhalinin raketlərlə öldürülməsindən bir gün sonra idi. Ürək parçalayan dağıntıların, günahsız insanların iztirablarının şahidi oldum. Dünən, düz bir ildən sonra şəhidlərin xatirəsini yad etmək üçün yenidən Gəncəyə gəldim"- deyə səfir öz paylaşımında qeyd edib.