Bakı 19˚C Partly sunny w/ showers

İsrail səfiri Qarabağda Azərbaycanla əməkdaşlıqdan danışıb

Siyasət 19:22 02 dek, 2021

İsrailin səfiri Azərbaycanla əlaqələrdən danışıb

İsrail səfiri Qarabağda Azərbaycanla əməkdaşlıqdan danışıb

“İsrail sizin əməkdaşınızdır və bütün sahələrdə ona müraciət edə bilərsiniz”.

Qazet.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransı zamanı söyləyib.

“Azərbaycan 10 min kv. metrdən çox ərazisini qaytarıb. Burada çox böyük potensial var və bu yöndə də əməkdaşlıqlar quracağıq. Artıq İsraildən olan şirkətlər bununla bağlı müraciətlər edib. Mən bir çox bölgələrə səfər etmişəm. Ən son Ağdamda olanda cənab Emin Hüseynovla getmişdim. O, həmin ərazilərdə başçı seçilib, bu münasibətlə onu təbrik edirəm. Bu ərazilərdə İsraillə su və kənd təsərrüfatı üzrə əməkdaşlıqlar ola bilər” deyə İsrail səfiri bildirib.

Ermənistanla olan münasibətlərə toxunan səfir Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişaf etməsini arzulayıb: “Biz istərdik ki, Ermənistanla münasibətlər olsun. Çox təəssüf ki, Ermənistan səfirini İsraildən geri çağırdı. Lakin bu, İsraillə Azərbaycanın münasibətlərinə təsr edə bilməz”.