Bakı 15˚C Sunny

İsrail səfiri xalqımızı təbrik edib

Siyasət 11:38 18 okt, 2022
İsrail səfiri xalqımızı təbrik edib

“Region üçün sülh, firavan və ümidli gələcək axtarışlarında azərbaycanlı dostlarımızın yanındayıq”.

Qazet.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə "tviter"ində yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib: “Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan!”.

Səfir həmçinin Azərbaycanla İsrail arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyinin qeyd edildiyini xatırladıb.