Bakı 22˚C Sunny

İsrail Suriyada İran bazasına zərbə endirib - Ölənlər və yaralananlar var

Gündəm 12:12 14 okt, 2021

İsrail Suriyada İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edib

İsrail Suriyada İran bazasına zərbə endirib - <span style="color:red">Ölənlər və yaralananlar var</span>

İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.

Qazet.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edilib.

Qeyd edilib ki, Suriya qoşunlarının tərəfində vuruşan şiə dəstələrinin əsgərləri itki verib. Dörd nəfər ölüb, yaralıların olduğu deyilir. Lakin onların sayı barədə məlumat verilmir.

Bir müddət əvvəl Suriya ordusundakı bir mənbə SANA xəbər agentliyinə İsrail təyyarələrinin Palmiranın cənub kənarındakı Əl Tanf sərhəd bölgəsindən hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumu dəf edərkən bir Suriya əsgəri şəhid olub, daha üçü yaralanıb.

Agentliyin məlumatına görə, hava zərbəsi zamanı yerdəki obyektlərə maddi ziyan vurulub, xüsusən də relay qülləsi zədələnib.

Xatırladaq ki, oktyabrın 8-də İsrail Hərbi Hava Qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb.

Mənbə