İsrail Suriyaya zərbələr endirdi
Xəbərlər
07:14 27 avq, 2022
![İsrail Suriyaya zərbələr endirdi](https://qazet.az/resized/fit900x500/center/pages/98850/parad-qirici.jpg)
İsrail qırıcıları Suriyanın Masyaf şəhərində elm mərkəzinə aviahücum təşkil edib.
Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzi məlumat yayb.
Bildirilib ki, İsrail tərəfi 4 qanadlı raket və 16 təyyarə bombası ilə hədəfə zərbələr endirib.
Suriyanın Rusiya istehsalı Pantsir-S1 ve S-75 havadan müdafiə sistemləri isə 2 qanadlı raketi və 7 təyyarə bombasını məhv edib.