Bakı 14˚C Mostly cloudy

İsrail Ukraynaya hava hücumundan müdafiə sistemi verməyəcək

Gündəm 00:55 25 okt, 2022
İsrail Ukraynaya hava hücumundan müdafiə sistemi verməyəcək

İsrail Ukraynaya hava hücumundan müdafiə sistemi verməyəcək.

Qazet.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığında deyib.

Qantz imtinanın səbəbini “əməliyyat məhdudiyyəti” ilə izah edib.

"Biz Ukraynadakı təhlükəsizliyi, həmçinin ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi yollarını müzakirə etdik. Həmçinin humanitar və tibbi yardımın göstərilməsi barədə də danışdıq", - deyə Benni Qantz tvitter hesabında paylaşım edib.

Xatırladaq ki, oktyabrın 21-də İsrailin Baş naziri ölkəsinin Ukraynaya silah tədarük etməyəcəyini bəyan edib.

Qeyd edək ki, yaxın günlərdə nazirlərin görüşü gözlənilir.