Bakı 3˚C Showers

İsrail ÜST-ün təsdiqlədiyi vaksinlərlə peyvənd olunmuş turistlər üçün sərhədlərini açıb

Gündəm 15:53 01 noy, 2021

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb

İsrail ÜST-ün təsdiqlədiyi vaksinlərlə peyvənd olunmuş turistlər üçün sərhədlərini açıb

İsrail son 20 ayda ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksinlərlə peyvənd olunmuş xarici turistlər üçün sərhədlərini açıb.

Qazet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Məlumata görə, noyabrın 1-dən etibarən “Pfizer”, “Moderna”, “AstraZeneca”, “Sinovac”, “Sinopharm”, “Johnson & Johnson” və “Covishield” preparatları ilə peyvənd olunmuş əcnəbilərin ölkəyə gəlişinə icazə veriləcək. Səhiyyə Nazirliyinin tələbinə görə, son peyvəndin vurulmasından 6 aydan çox keçməməlidir. Bu şərtlərə cavab verən əcnəbilər uçuşdan əvvəl 72 saat öncə və ya Ben Qurion hava limanında PCR testi verməli və testin nəticəsi açıqlananadək İsraildə təcrid olunmalıdırlar.

Digər bir şərtə görə, əcnəbilər ölkəyə gəlməzdən əvvəl 14 gün ərzində “qırmızı zona”da olan ölkələrin ərazisində ola bilməzlər.