İsrail və Livan razılığa gəldi
İsrail və Livan dəniz sərhədlərinin müəyyən edilməsi məsələsində razılığa gəlib.
Qazet.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid açıqlama verib. O bildirib ki, yekun sənəddə Livanın bütün hüquqları qorunub. Livanın Prezident Ofisi də yekun sənəddə ölkənin bütün hüquqlarının qorunduğunu açıqlayıb.
Qeyd edək ki, tərəflər iki məsələdə razılığa gələ bilmirdi. İsrail “duba xətti” adlandırılan ərazinin müqavilədə “beynəlxalq dəniz sərhədinin müəyyənləşdirilməsi” kimi qeyd edilməsini istəyirdi. Livan isə “duba xətti”nin “beynəlxalq dəniz sərhədinin müəyyənləşdirilməsi” kimi deyil, sərhəddəki toqquşmanın başa çatması” formasında qeyd edilməsini tələb edirdi. İkinci məsələ isə Kana təbbi qaz yatağının yerləşdiyi ərazi ilə bağlıdır. Hər iki tərəfin ərazi ilə bağlı iddiaları var idi.