İsraildə hidrogenlə işləyən yük maşınlarının sınaqları başlayır
Dekabrın 12-də İsrail magistrallarında tezliklə peyda olacaq hidrogenlə işləyən ən yeni “Hyundai” yük maşınlarının təqdimatı keçirilib.
Oxşar avtomobillər artıq dünyanın müxtəlif ölkələrində işləyir. Onlar ətraf mühiti zərərli emissiyalarla çirkləndirməyən ən son ekoloji cəhətdən təmiz mühərriklərlə təchiz olunub.
İsrailə hidrogen yük maşınlarının buraxılmasına 2022-ci ilin ilk aylarında başlanması planlaşdırılsa da, məsələ yubanıb.
Birinci mərhələdə ölkəyə yük avtomobillərinin iki modeli gətiriləcək. Onlar üçün yanacağın - hidrogenin istehsalını və tədarükünü “Bazan” şirkəti həyata keçirəcək.
Eyni zamanda, praktikada müvafiq yanacaqdoldurma məntəqəsi yalnız bir neçə aydan sonra işləyəcək.
Sınaqların nəticələri yekun qərar qəbul edilməsi üçün İsrail Nəqliyyat Nazirliyinə təqdim olunacaq.