İsraildə qədim şərabxana aşkarlanıb
Burada ildə 2 milyon litrədək şərab istehsal edilib. Müəssisənin dövrün qabaqcıl texnologiyaları ilə fəaliyyət göstərdiyi, Yavneh şəhərinin isə həmin vaxtlar dünya şərabçılıq mərkəzlərindən biri olduğu da qeyd edilir.
İsrailin Yavneh şəhərində aparılan arxeoloji qazıntılar zamanı 1500 il əvvəl fəaliyyət göstərmiş böyük şərabçəkmə müəssisəsi aşkarlanıb.
Qazet.az xəbər verir ki, Bizans dövrünə aid şərabxanada hər biri 225 kvadratmetr olan beş ədəd üzümsıxma presi, şərab qıcqırtma və saxlama anbarları, habelə şərab saxlamaq üçün saxsı küplər hazırlandığı sobalar varmış. Arxeoloqlar tərəfindən çox sayda bütöv küp və onların parçaları da əldə edilib.

lenta.ru