Bakı 20˚C Mostly sunny

İsraildə seçkilər keçirilir

Siyasət 13:55 02 noy, 2022
İsraildə seçkilər keçirilir

İsrailin sabiq baş naziri və müxalifət lideri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası noyabrın 1-də knessetə (İsrail parlamenti) keçirilən növbədənkənar seçkilərdə liderlik edir.

Qazet.az xəbər verir ki, İsrailin Kan telekanalı “Exitpoll”un nəticələrinə istinadla “Likud” partiyasının 120 yerlik parlamentdə 30 mandat qazandığı barədə məlumat yayıb.

Seçkilərdən sonra “Likud” partiyasının rəhbərlik etdiyi blok 62 deputatdan ibarət hökumət koalisiyası qura, 1996-1999-cu illərdə və 2009-2021-ci illərdə baş nazir vəzifəsində çalışan Binyamin Netanyahu isə yenidən İsrailin Nazirlər Kabinetinə rəhbərlik edə bilər.

Hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” partiyası isə ilkin məlumatlara görə, 22 mandatla ikinci yeri tutur.