İsraildən fələstinli nazirə qadağa
Gündəm
00:11 09 yan, 2023
İsrailin yeni hökuməti bir neçə gün əvvəl elan etdiyi fələstinlilərə qarşı bir sıra cəza tədbirləri çərçivəsində mənim səyahət icazəmi ləğv edib.
Qazet.az xəbər verir ki, bunu Fələstinin XİN rəhbəri Riyad əl-Maliki deyib.
O bildirib ki, Braziliya prezidentinin andiçmə mərasimindən qayıdarkən İsrailin adi fələstinlilərdən fərqli olaraq, yüksək rütbəli Fələstin rəsmilərinin işğal altındakı İordan çayının qərb sahilinə asanlıqla girib-çıxmasına imkan verən səyahət icazəsini ləğv etdiyi barədə xəbər alıb.