İsrailə yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib - FOTO
Gündəm
14:14 27 yan, 2022
Yerli sinoptiklər qarın həftəsonuna qədər davam edəcəyini bildirib

İsrailə yağan güclü qar paytaxt Təl-Əvivdə nəqliyyatın hərəkətini iflic edib.
Qazet.az xəbər verir ki, məktəblərdə bütün dərslər ləğv edilib, əsas yollar bağlanıb.
Yol hərəkətində yaranan fasilələr səbəbindən artıq şəhərlər arasında əlavə qatarlar hərəkət edir. Qarlı hava şəraiti ilə əlaqədar yollarda onlarla qəza baş verib.
Yerli sinoptiklər qarın həftəsonuna qədər davam edəcəyini bildirib.