İsrailin Azərbaycandakı səfirliyində təhlükəsizlik təlimi keçirilib - FOTO
Gündəm
19:05 14 dek, 2021
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Twitter” hesabında məlumat verilir

İsrailin Azərbaycandakı səfirliyi və Azərbaycanın təhlükəsizlik qüvvələri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və möhkəmləndirmək məqsədilə birgə təlim keçirib.
Qazet.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Twitter” hesabında məlumat verilir.
“Biz Azərbaycanın təhlükəsizlik qüvvələrinə davamlı fədakarlıq və qətiyyətə görə təşəkkür etmək istəyirik” - deyə qeyd edilir.