İsrailin baş naziri Azərbaycanın səfirlik açmasına münasibət bildirdi
“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.
Qazet.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid "tviter"də yazıb.
O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.
“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, - hökumət başçısı vurğulayıb.
Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.
אני מברך על החלטת הפרלמנט של אזרבייג'ן לפתוח שגרירות בישראל. אזרבייג'ן היא שותפה חשובה של ישראל ובית לאחת הקהילות היהודיות הגדולות בעולם המוסלמי.
— יאיר לפיד - Yair Lapid (@yairlapid) November 18, 2022
ההחלטה לפתוח שגרירות משקפת את עומק היחסים בין המדינות. מהלך זה הוא פרי מאמצי ממשלת ישראל לבנות גשרים מדיניים איתנים עם העולם המוסלמי.