İsrailin müdafiə naziri Atatürkün məzarını ziyarət edib
Türkiyədə səfərdə olan İsrailin müdafiə naziri Benni Qantz Atatürkün məqbərəsini ziyarət edib.
Qazet.az xəbər verir ki, bu barədə müdafiə naziri "Twitter"də bildirib.
"Türkiyəyə səfərimi Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram əlaməti olaraq məqbərəyə əklil qoymaqla başladım. Bu gün mən Türkiyə prezidenti Ərdoğan və müdafiə naziri Akarla görüşəcəyəm və onlarla ölkələrimiz arasında təhlükəsizlik əlaqələrinin məhsuldar şəkildə inkişafını müzakirə edəcəyəm.
Mustafa Kamal Atatürkün “Yurdd sülh, cahanda sülh” fikri dünyada tanınır. Anıtqəbir məqbərəsini ziyarət edərək mən öz ehtiramımı bildirirəm və bu nəcib məqsəd yolunda fəaliyyətimi davam etdirməyə sadiq olduğumu bəyan edirəm", - Qantz deyib.
התחלתי הבוקר את ביקורי בטורקיה בהנחת זר במאוזוליאום לזכרו של מוסטפא כמאל אטאטורק, הנשיא הראשון של טורקיה.
— בני גנץ - Benny Gantz (@gantzbe) October 27, 2022
בהמשך היום איפגש עם נשיא טורקיה ארדואן ועם שר ההגנה אקאר ואדון איתם בפיתוח אחראי של יחסי הביטחון בין המדינות. pic.twitter.com/YytQDQ1L1j