İsrailin "X Factor" müsabiqəsinin iştirakçısı Kama Kamila Azərbaycana gələcək
İsrailin "The X Factor" yarışmasının iştirakçısı Kama Kamila Azərbaycanla bağlı açıqlama verib
İsrailin "The X Factor" yarışmasının iştirakçısı Kama Kamila Azərbaycanla bağlı açıqlama verib
Qazet.az xatırladır ki, əslən azərbaycanlı müğənni Kama Kamila İsraildə yayımlanan “X Factor Israel” musiqi yarışmasında azərbaycan, ingilis və ivrit dillərində ifa edərək münsiflər heyətini heyran etmişdi.
Müğənni Azərbaycana gələcəyi ilə bağlı məlumatı “İnstaqram”da paylaşıb.
Kama qeyd edib ki, müsabiqədə ifa etdiyi "Sweet dreams"in yeni versiyasının tezliklə Azərbaycanda da səslənməsini istəyir.
"Azərbaycanda çıxış etməyi planlaşdırıram. Bu məsələ üzərində işləyirəm", -deyə bildirən Kamila İsraillə Azərbaycanı yaxınlaşdırmağın onun üçün böyük şərəf olduğunu vurğulayıb.