İstanbul havalimanında bütün uçuşlar dayandırılıb - VİDEO
Gündəm
17:33 24 yan, 2022
Gecə saatlarından başlayan qar yağıntısı təyyarələrin enişində ləngimələr yaradıb

İstanbul Hava Limanında yağan güclü qar səbəbindən uçuşlar 1 saat dayandırılıb.
Qazet.az xəbər verir ki, gecə saatlarından başlayan qar yağıntısı havalimanına təyyarələrin enişinə mane olub.
Havalimanında qarı təmizləmək işləri görülsədə, bu zaman təyyarələrin eniş etməsində problemlər yaranıb. Habelə bir kargo şirkətinin benzinin bitməsi təhlükəsinə görə, həmin təyyarə başqa havalimanına yönləndirilib.