Bakı 14˚C Cloudy

İstanbulda ağır qəza: 7 nəfər yaralandı

Hadisə 04:00 31 dek, 2022
İstanbulda ağır qəza: 7 nəfər yaralandı

İstanbulun Kartal səmtində mikroavtobusla sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Qazet.az xəbər verir ki, qəza Kartalda D-100 magistralında yerləşən Esenkent dayanacağında avtobusun anidən dayanması və arxadan gələn mikroavtobusun çırpılması nəticəsində meydana gəlib.

Hadisə yerində polis və təcili yardım briqadası gəlib, qəzada xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı araşdırma aparır.