Bakı 18˚C Mostly sunny

İstanbulda əlverişsiz hava şəraitinə görə 407 təyyarə reysi ləğv edilib

Biznes 14:06 12 mar, 2022

Bunların 357-si İstanbul Hava Limanının, 50-si isə Sabiha Gökçen Hava Limanının payına düşür

İstanbulda əlverişsiz hava şəraitinə görə 407 təyyarə reysi ləğv edilib

İstanbulda qarlı və çovqunlu hava şəraitinə görə bu günə nəzərə tutulmuş 407 təyyarə reysi ləğv edilib.

Qazet.az AA-ya istinadən xəbər verir ki, “Türk Hava Yolları”nın mətbuat müşavirliyindən verilən məlumata görə, bunların 357-si İstanbul Hava Limanının, 50-si isə Sabiha Gökçen Hava Limanının payına düşür.

Bununla yanaşı, əlverişsiz hava üzündən İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb, ali və orta məktəblərdə dərslər keçirilmir.