İstanbulda güclü yanğın
Gündəm
16:03 29 noy, 2022
Türkiyənin İstanbul şəhərində anbarların birində güclü yanğın baş verib.
Qazet.az-ın məlumatına görə, yanğın Beykoz rayonunda qeydə alınıb.
Yanğının qarşısının alınması üçün əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib. Yanğının qarşısını bir müddət sonra almaq mümkün olub.