Bakı -2˚C Windy

İstanbulda metroda yanğın oldu

Gündəm 14:19 25 okt, 2022
İstanbulda metroda yanğın oldu

İstanbulun mərkəzində, metronun Haliç stansiyasında yanğın baş verib və qatarların hərəkəti dayandırılıb.

Qazet.az NTV telekanalına istinadən xəbər verir ki, "Qızıl Buynuz” boğazının metro körpüsündə yerləşən stansiyanın elektrik kabelləri yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

Vəziyyətlə əlaqədar Taksim və Hacıosman stansiyaları arasındakı M2 xəttində qatarların hərəkəti dayandırılıb.