Bakı 13˚C Sunny

İstanbulda Nuhun gəmisinin sirri araşdırılır - FOTOLAR

Maraqlı 00:55 24 dek, 2022
İstanbulda Nuhun gəmisinin sirri araşdırılır - FOTOLAR

Ağrıda Nuhun gəmisi olduğu ehtimal edilən ərazidən götürülən nümunələr İstanbul Texniki Universitetinin Laboratoriyasına gətirilib. Nəticələrdən sonra ərazidə Nuhun gəmisinin izlərinin olub-olmaması müəyyən edilə bilər.

Qazet.az 
NTV-yə istinadən xəbər verir ki, müqəddəs kitablarda təsvir edilən tufanda baş verən Nuhun gəmisinin əsrlər boyu axtarıldığı halda, onun Ağrı dağında olduğu güman edilir . Ağrı İbrahim Çeçen Universiteti (AİÇÜ) və İstanbul Texniki Universiteti (İTU) tərəfindən yaradılan araşdırma qrupu təxminən 2 ay əvvəl Nuhun gəmisi xarabalıqları olduğu ehtimal edilən ərazidə işlərə başlayıb.

Valiliyin koordinasiyasında xüsusi icazələrlə aparılan tədqiqat sahəsindən toplanan 30-a yaxın qaya və torpaq nümunəsi tədqiq edilmək üçün Ağrıdan İstanbula, universitetin laboratoriyasına gətirilib. Müxtəlif fənlər üzrə öyrənilən proseslə bağlı İTU-nun prorektoru və dağ-mədən fakültəsinin dekanı Prof. Dr. Mustafa Kumral və İTU Geologiya Mühəndisliyi şöbəsinin müdiri Prof. Dr. Emin Çiftçi açıqlamalar verib.
Təxminən 1 ay davam etməsi gözlənilən laboratoriya araşdırmalarından sonra Nuhun gəmisində izlərin olub olmadığı müəyyən edilə bilər.

İTU-nun prorektoru və dağ-mədən fakültəsinin dekanı Prof. Dr. Mustafa Kumral bildirib ki,  "Məqsədimiz buradakı quruluşun ətrafdakı ümumi geoloji quruluşdan fərqli olub-olmadığını görməkdir və bunu ortaya çıxarmaqdır. Makro və mikro müşahidələr aparılacaq. Bunlar kimyəvi analizlərə məruz qalacaq. Bu kimyəvi analizlərdə, o strukturun ümumi mineralogiya və o bölgənin geologiyasına uyğun bir kimyası var". 

İstanbulda Nuhun gəmisinin sirri araşdırılır - FOTOLAR
İstanbulda Nuhun gəmisinin sirri araşdırılır - FOTOLAR
İstanbulda Nuhun gəmisinin sirri araşdırılır - FOTOLAR
Qaynaq