Bakı 3˚C Dreary

İstanbulda taxıl böhranı ilə bağlı görüş keçirilir

Biznes 16:46 13 iyl, 2022

Görüşdə 3 ölkənin Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti iştirak edir

İstanbulda taxıl böhranı ilə bağlı görüş keçirilir

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl böhranı mövzusunda danışıqlar başlayıb.

Qazet.az “Habertürk”ə istinadən xəbər verir ki, görüşdə 3 ölkənin Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti iştirak edir. 

Tərəflər Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin hərəkət istiqamətini və təhlükəsizlik məsələlərini müzakirə edir.

Qeyd edək ki, fevralın 24-dən davam edən müharibə səbəbindən yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.