Bakı 13˚C Mostly sunny

İstərdik ki, gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin - Bayraktar

Siyasət 20:17 30 avq, 2022
İstərdik ki, gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin - Bayraktar

Azərbaycanda keçirilən "Teknofest" gözlədiyimizdən daha çox maraqla qarşılandı.

Qazet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O qeyd edib ki, növbəti illərdə də Azərbaycanda eyni festival keçirilə bilər.

"Festivalın yüksək səviyyədə təşkili yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq mesajını bir daha verdi. Azərbaycandan olan qardaşlarımızdan belə yüksək diqqəti görmək çox xoş oldu. İstərdik ki, gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin", - deyə Bayraktar bildirib.