"İstəyirik ki, hamı sərhədlərin toxunulmazlığı prinsipinə hörmət etsin" - Şolts
Gündəm
23:33 08 dek, 2021
“Bizim aydın mövqeyimiz var”

Hər kəs sərhədlərin toxunulmazlığı prinsipinə əməl etməlidir, əks halda bunun nəticələri olacaq.
Qazet.az xəbər verir ki, bunu Almaniyanın yeni kansleri Olaf Şolts deyib.
"Bizim aydın mövqeyimiz var. İstəyirik ki, hamı sərhədlərin toxunulmazlığı prinsipinə hörmət etsin. Hər kəs başa düşür ki, hər şey fərqli olarsa, bunun nəticələri olacaq. Lakin məsələ ondadır ki, onlar pozulmur", - Şolts qeyd edib.