İstilik xidməti üzrə ödəniş səviyyəsi artıb
Biznes
12:15 15 noy, 2022
Bu ilin yanvar-oktyabr aylarında “Azəristiliktəchizat” ASC göstərdiyi xidmətin dəyərinin 91,3 %-ni istehlakçılardan ala bilib.
Qazet.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, əhaliyə üzrə sözügedən nisbət 90,8 % təşkil edib.
Hazırda “Azəristiliktəchizat” əhalinin yaşadığı 3 871 binaya - 184 minə yaxın mənzilə, 287 məktəbə, 162 uşaq bağçasına, 152 səhiyyə obyektinə, 163 büdcədən maliyələşən digər təşkilatlara, 2 081 təsərrüfat hesablı və kommersiya obyekinə xidmət edir.