Bakı 11˚C Showers

İsveç “antiterror qanun layihəsi”ni təsdiqlədi

Gündəm 21:17 16 noy, 2022
İsveç “antiterror qanun layihəsi”ni təsdiqlədi

Rusiyanın Ukraynaya müdaxilə cəhdindən sonra NATO-ya üzv olmaq üçün müraciət edən, lakin Türkiyənin “terrorla mübarizədə daha çox addım atmasını” istəyən İsveçdə yeni antiterror qanunu qəbul edilib.

Qazet.az xəbər verir ki, İsveç parlamentinin təsdiq etdiyi, antiterror qanunlarını sərtləşdirən konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Parlamentdə keçirilən səsvermədə 270 deputat leyhinə, 37 deputat isə əleyhinə səs verib. Sol Partiya və Yaşıllar Partiyasının etiraz etdiyi konstitusiya dəyişikliyinə 42 nəfər qatılmayıb.

Konstitusiya dəyişikliyində bildirilib ki, terrorla məşğul olan qrupların birləşmək azadlığı və nümayiş icazəsi məhdud olsa da, bu, yeni qanunların qəbuluna zəmin yaradacaq.

Dəyişiklikdə İsveçin başqa dövlət və ya beynəlxalq təşkilatla münasibətlərinə xələl gətirən məlumatları dərc edənlərin İsveç Kəşfiyyat İdarəsi tərəfindən 4 il həbs şübhəsi ilə araşdırıla biləcəyi bildirilib.

İsveç mətbuatına açıqlama verən ekspertlər, yeni konstitusiya dəyişikliyinin terror təşkilatı PKK/YPG üzvlərinə qarşı cinayət işlərinin asanlaşdırılmasına yol açdığını şərh ediblər.

Konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. İsveçin NATO-ya üzv olması üçün bütün üzv dövlətlərin razılığı lazımdır.