Bakı 5˚C Mostly cloudy

İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

Gündəm 20:44 21 noy, 2022
İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qazet.az xəbər verir ki, İsveçin Ankaradakı səfirindən baş verənlərlə bağlı araşdırılma tələb edilib.

Qeyd edək ki, paytaxt Stokholmda PKK üzvləri aksiya keçiriblər. PKK-ya bağlı ünsürlər Türkiyənin Stokholmdakı səfirliyinin binasına terror təşkilatını təbliğ edən sözlər yazıblar.