Bakı 2˚C Mostly cloudy

İsveç: Türkiyə bizdən mümkünsüz şeylər istəyir

Gündəm 18:43 08 yan, 2023
İsveç: Türkiyə bizdən mümkünsüz şeylər istəyir

Türkiyə hakimiyyəti İsveçin NATO-ya daxil olması üçün qeyri-mümkün şərtlər irəli sürür.

Qazet.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

“Türkiyə bizim söz verdiyimizi yerinə yetirdiyimizi təsdiqləyir, eyni zamanda bizim verə bilməyəcəyimiz və ya vermək istəmədiyimiz şeyi istədiyini deyir",- o bildirib.

Qeyd edək ki Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib.

Rəsmi Ankara İsveçin PKK terror təşkilatını himayə etdiyini bildirirək müraciəti ratifikasiya etməkdən imtina edir.