İsveç XİN NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib
Gündəm
05:55 06 okt, 2022
İsveçin Xarici İşlər Nazirliyi NATO-ya üzvlüklə bağlı sənədi parlamentə göndərib.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Sənəddə qeyd olunur ki, bu, Şimali Atlantika Alyansına qoşulma prosesini sürətləndirmək üçün edilib və üzvlük protokolunun NATO-nun bütün üzvləri tərəfindən ratifikasiyasından dərhal sonra tamamlana bilər.
Parlament altı həftə ərzində memoranduma baxmalı və cavab verməlidir.
İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokollar bu il iyulun 5-də alyans ölkələrinin nümayəndələri tərəfindən imzalanıb. Üzvlük müraciəti təşkilatın 28 ölkəsi tərəfindən təsdiqlənib.