İsveç xüsusi təyinatlıları rus casuslarını saxlayıblar
Rusiyadan olan evli cütlük İsveçdə casusluqda şübhəli bilinərək həbs edilib.
Qazet.az xəbər verir ki, onların saxlanılması üçün vertolyotlar və xüsusi təyinatlıların köməyi ilə xüsusi əməliyyat keçirilib.
İsveç Təhlükəsizlik Polisinin mətbuat xidmətinin adlandırdığı "Nizə" əməliyyatı Stokholm vaxtı ilə səhər saat 6-da baş tutub. Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri vertolyotlardan yaşayış binasının damına enib, sonra qəfildən şübhəlilərin mənzilinə yuxarıdan aşağı enərək soxulublar.
Əməliyyat nəticəsində casusluqda şübhəli bilinən Rusiyadan olan evli cütlük həbs edilib. Şübhəlilərin sübutları məhv etməyə vaxt tapmaması üçün hücum zəruri hesab edilib.
Kəşfiyyat xidməti jurnalistlərə bildirib ki, həbs edilənlər İsveçə və başqa ölkəyə qarşı qanunsuz kəşfiyyat fəaliyyəti həyata keçirməkdə şübhəli bilinirlər. Ər Rusiyanın xeyrinə casusluqda, arvadı isə ortaqlıqda şübhəli bilinir. Müstəntiqlərin fikrincə, cütlüyün casusluq fəaliyyəti 2013-cü ilin yanvarından izlənilib.