İsveçdə binada partlayış: 23-dən çox insan yaralanıb
Gündəm
13:30 28 sen, 2021
Hadisənin səbəbi dəqiqləşdirilir

İsveçin Höteburq şəhərində yaşayış binasındakı partlayış nəticəsində 23-dən çox insan yaralanıb.
Qazet.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, 100-ə yaxın sakin təxliyə edilib. Hadisə yerində polis və xilasedici xidmət işləyir.
Partlayış nəticəsində 5 nəfərin ağır yaralandığı vurğulanıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib,18 yaralı isə hospitala avtobusla göndərilib.
Məlumata görə, partlayışdan sonra yanğın olub. Yağından vahimələnən sakinlər pəncərədən tullanıb.
Hadisənin səbəbi dəqiqləşdirilir.