İsveçdə ilk dəfə Baş nazir qadın seçilib
İsveçdə Maqdalena Anderssonu yeni Baş nazir seçilib
İsveç parlamenti Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Anderssonu yeni Baş nazir seçib.
Qazet.az xəbər verir ki, bununla da tarixdə ilk dəfə ölkənin Baş naziri vəzifəsinə xanım seçilib.
M.Andersson 2014-cü il seçkilərində deputat seçilərək Baş nazir Stefan Löfven tərəfindən maliyyə naziri təyin edilib. 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən bu yana hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa ərizəsi verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə Baş nazirə etimadsızlıq göstərib.
S.Löfven hələ avqustun 22-də partiya sədrliyindən getdiyini açıqlayıb. Noyabrın 4-də SDP konqresində yeganə namizəd olan Maqdalena Andersson partiyanın yeni sədri seçilib.