İsveçdə sosial-demokratlara yeni höküməti qurmaq üçün 5 gün vaxt verilib
Gündəm
11:22 12 noy, 2021
Hazırda ölkənin 34-cü baş nazirinin seçilməsi prosesi gedir
İsveç parlamentinin sədri Andreas Norlen Sosial Demokratik İşçi Partiyasının lideri Maqdalena Andersona yeni hökuməti formalaşdırmaq üçün 5 gün vaxt verib.
Qazet.az-ın xəbərinə görə, bu barədə yerli mətbuat məlumat yayıb.
Spikerin sözlərinə görə, hazırda ölkənin 34-cü baş nazirinin seçilməsi prosesi gedir.
Norlen ümid edir ki, hökumətin formalaşdırılması tez baş tutacaq.
Qeyd edək ki, Stefan Löven noyabrın 10-da baş nazir vəzifəsindən azad edilib və hazırda keçid hökumətinə rəhbərlik edir.
Anderson seçiləcəyi təqdirdə İsveçdə bu vəzifədə ilk qadın ola bilər.