İsveçdə yeniyetmələri müharibəyə aparan qadın həbs edilib
49 yaşlı qadın oktyabrın 7-dək həbsdə qalacaq
![İsveçdə yeniyetmələri müharibəyə aparan qadın həbs edilib](https://qazet.az/resized/fit900x500/center/pages/26797/af76aa01-e897-44ba-997f-4473a10f96ff.jpeg)
İsveçin paytaxtı Stokholmun dairə məhkəməsi bir qadını Suriyada uşaqları silahlı münaqişələrə cəlb etməkdə və terrorçulara qoşulmaqda şübhəli bilərək həbsi barədə qərar qəbul edib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə prokuror Reena Devqunun açıqlamasında bildirilib.
“Həbs edilən başqa şəxslərlə birlikdə 15 yaşdan az olan uşaqları əsgər sifəti ilə cəlb etməkdə şübhəli bilinir”, - prokuror bildirib.
Onun sözlərinə görə, 49 yaşlı qadın oktyabrın 7-dək həbsdə qalacaq.
Məlumata görə, qanun pozuntuları 2013-2016-cı illərdə Suriyada törədilib. Bildirilib ki, həmin qadın 2013-cü ildə İŞİD-ə qoşulub və 2020-ci ildə İsveçə qayıdıb. Suriyaya gedərkən 5 uşağını da özü ilə aparıb, onlardan ikisi orada həlak olub.
Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq normalara uyğun olaraq yaşı 15-dən az uşaqların silahlı münaqişəyə cəlb olunmasını hərbi cinayət sayır.