Bakı 15˚C Sunny

İsveçin baş naziri istefa verib

Xəbərlər 22:50 14 sen, 2022
İsveçin baş naziri istefa verib

İsveçin Baş naziri Maqdalena Andersson istefa verib.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maqdalena Andersson keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir istefasını parlament seçkilərində məğlub olması ilə izah edib.

"Hökumətin formalaşması prosesinin davam etdirilməsi üçün məsuliyyət spikerə və parlamentə keçəcək", - Andersson qeyd edib.