Bakı 24˚C Windy

İsveçrə Azərbaycandan qaz tədarükünə Rusiyanın alternativi kimi baxır

Biznes 13:48 09 apr, 2022

 Biz buna hazır olmalıyıq

İsveçrə Azərbaycandan qaz tədarükünə Rusiyanın alternativi kimi baxır

İsveçrə, Rusiyadan qaz təchizatında problem yaranarsa, cənubdan- Şimali Afrikadan İtaliyaya keçməklə “mavi yanacaq” almağa davam edə biləcək, həmçinin Azərbaycandan tədarük edəcək.

Qazet.az xəbər verir ki, bu barədə maliyyə agentliyi “AWP”yə İsveçrə Qaz Sənayesi Assosiasiyasından (VSG) Tomas Heqqlin məlumat verib.

“Rusiya qazının Avropaya nəqlində fasilələr yaranarsa, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Bununla belə, bütün istiqamətlərdə əlaqələrinə görə digər ölkələrlə müqayisədə üstünlüyə malikdir. Bildiyiniz kimi, Rusiyanın qaz tədarükünü dayandıra biləcəyi və ya Qərbin sanksiya tədbiri olaraq Rusiyadan qaz idxalını dayandırmağa qərar verə biləcəyi ssenarilərimiz var. Biz buna hazır olmalıyıq”, - Tomas Heqqlin bildirib.